Dünya

Putin evlənmək üçün Tovuzdan qız axtarıb – FOTO

O, bir neçə dəfə Azərbaycana da baş çəkib.

Bu yaxınlarda Rusiya prezidenti Vladimir Putin 63 yaşını qeyd edib.

AzToday.az AzVision.Az-a istinadən xəbər verir ki, sadə bir ailədə dünyaya göz açan V. Putin hazırda dünyanın ən güclü liderlərindəndir.

Rusiya kimi böyük dövlətə rəhbərlik edən Putin bütün çıxışlarında qeyd edir ki, o öz keçmişinə sadiqdir və həyatının geridə qalan məqamlalarını heç vaxt yaddaşından silməyəcək.

Putin fəaliyyəti dövründə müxtəlif ölkələrdə rəsmi və qeyri-rəsmi səfərlərdə olub və bir çoxları ilə dostluq münasibətləri qurub. Putin indiyədək bir neçə dəfə Azərbaycana da baş çəkib. Onun ölkəmizə səfərləri əsasən rəsmi formatda baş tutub.

Amma illər öncə heç kimin tanımadığı Putin Azərbaycanın Tovuz rayonuna gəlib. O zaman Tovuzdan olan gənc İlham Rəhimovla tələbə yoldaşı olan Putinin bu səfəri Tovuz sakinlərinin xatirələrində yaşayır.

Çilovdarlı kəndinin sakinləri Putinlə bağlı xatirələrini bölüşüblər.

`Putin bir neçə dəfə bizim kənddə olub. O tələbə vaxtı yay İlham Rəhimovun dəvəti ilə Tovuza gəlib. Putin Tovuzun gəzməli yerlərində olub. O kənd sakinləri ilə görüşündə Tovuzu bəyəndiyini, havasının çox gözəl olduğunu deyib. İndiki kimi yadımdadır Putinin gəlişi şərəfinə qonaqlıq təşkil edilmişdi. Həmin mərasimdə Putin Tovuz kanyakından içərək ölkəmizlə bağlı xoş sözlər deyirdi`

.

Kənd sakinlərinin sözlərinə görə, həmin mərasimdə maraqlı anlar yaşanıb. `Putinlə yeyib-içdikdən sonra bir-birimizlə zarafatlaşırdıq. Ona da dedik ki, ruslar tez evlənir, bəs sən niyə evlənmirsən? Putin də gülərək dedi ki, Tovuzdan qəşəng qız tapsanız, onunla evlənərəm. Sonra bildirdi ki, Azərbaycan qadınları çox gözəl və ailəcanlı olurlar`.

Sakinlərin sözlərinə görə, Putin İlham Rəhimovun ata evində qalıb. Hazırda o evdə Rəhimovun qohumları yaşayır.

Qeyd edək ki, İlham Rəhimovla Vladimir Putin 1970-ci illərdə Leninqrad Dövlət universitetinin Hüquq fakultəsində təhsil alıblar. Onlar tələbə yoldaşı və dost olublar. Hazırda hər ikisi dünyada tanınan şəxslərdəndir. Biri Rusiya prezidenti, digəri isə milyardlarla sərvəti ola iş adamıdır.

www.oxu.az

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button