Dünya

ÜST Rusiya peyvəndi ilə bağlı araşdırma aparacaq

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) yeni növ koronavirusa qarşı vaksinlərin hazırlanması istiqamətində bütün nailiyyətləri alqışlayır və Rusiya peyvəndinin sınaqları ilə bağlı məlumatları yoxlamaq niyyətindədir.

ÜST-nin yaydığı açıqlamada belə deyilir.

Qeyd edilir ki, təşkilat peyvəndlə bağlı tədqiqatların müəyyən olunmuş prosedurlara uyğun aparılmasına əmin olmaq niyyətindədir, eyni zamanda, dərmanın təhlükəsizliyini və effektivliyini qiymətləndirməyə hazırdır.

Bununla yanaşı, ÜST mütəxəssisləri Rusiya alimləri ilə əlaqə saxlayırlar.

Xatırladaq ki, Rusiyada koronavirusa qarşı ilk peyvəndin qeydiyyata alınmasını avqustun 11-də Prezident Vladimir Putin elan edib. Rusiyada hazırlanan koronavirus peyvəndinə “Sputnik V” adı qoyulub.

pia.az

Bənzər yazılar

Back to top button