Türkiyə iqtisadiyyatı geriləmə dövrü yaşayır: Xarici kapital sürətlə ölkəni tərk edir

Print Friendly, PDF & Email

Arion Bonzon

Slate.fr (Fransa), 13.04.2017

Prezident Ərdoğanın Ədalət və İnkişaf Partiyasının seçkilərdəki uğurları uzun müddət iqtisadiyyatdakı yaxşı göstəricilərlə izah olunub.

Amma türk lirəsinin devalvasiyası, artımın ləngiməsi və işsizliyin güclənməsi durumun pisləşməsinə səbəb olur və Konstitusiya üzrə aprelin 16-a nəzərdə tutulmuş referendumda səslərin itirilməsinə apara bilər.

Necə deyirlər, türk seçicilər portfellə səs verirlər. Budur, təkcə mühafizəkar islamçıların 2002-ci ildə hakimiyyətə gəlişi ilə ölkənin gördüyü iqtisadi artım daha gözə dəymir. Və bu, hakimiyyətin konstitusiya islahatı üzrə təklif etdiyi 16 aprel referendumunda tam şəkildə əks oluna bilər. Prezident Rəcəb Tayib Ərdoğan milli valyutanı dəstəkləmək cəhdiylə əhaliyə çağırış edib. O, dekabrın əvvəlində bəyan edib: “Qoy valyutası balınclarının altında olanlar onu qızıla, türk lirəsinə çevirsinlər”.

Bununa belə, devalvasiya martın axırında 25% təşkil edərək milli valyutanın diollara nisbətdə itkisini təsdiqləyib.

2016-cı il Türkiyə üçün son dərəcə çətin olub. Uğursuz 15 iyul dövlət çevrilişinin düşdüyü üçüncü rübdə ÜDM hətta 2009-cu ildən bəri ilk dəfə 2% azalıb. Ümumi artım göstəricisi il ərzində 2,9% təşkil edib.

2001-ci ilin kabusu

İqtisadçı Dəniz Akgül martın 28-də Parisdə Siyasi Araşdırmalar İnstitutu Beynəlxalq Araşdırmalar Mərkəzinin seminarında deyib: “Diqqətli olun: Türkiyənin artım göstəriciləri aldadıcıdır”.

O, yada salıb ki, 1950-ci illərdən bəri ölkədə iqtisadi artım göstəricisi 4,8% təşkil edir, lakin 2012-ci ildən bu nişanədən hiss olunacaq dərəcədə aşağıdadır (2012-ci ildə 2,1%, 2013-cü ildə 4,2%, 2014-cü ildə 3% və 2015-ci ildə 4%). Yəni Türkiyə iqtisadiyyatı geriləmə dövrü yaşayır. Bundan başqa, depressiya kabusu hamının başı üzərində dolaşır. 20 il ərzində üç dəfə belə olub. Türkiyə ÜDM 1999-cu ildə avqustda İstanbul zəlzələsi üzündən 4% itirib. 2009-cu idə dünya böhranı problem qaynağı olub. Nəhayət, 2001-ci i geriləməsi daxili səbəblərlə bağlıdır və ÜDM-in 5,7% azalmasına səbəb olub.

ƏİP modeli zamanca məhdudlaşıb

Dəniz Akgül izah edir: “Türkiyə 2008-ci ilədək əcnəbi yatırımçalara gözəl tarixçə təqdim edə bilərdi. Əslində, iqtisadi islahatların böyük qismi mühafizəkar islamçıların indiki hökuməti tərəfindən deyil, Kamal Dərvişin təşəbbüsü ilə sağ mərkəzçi koalisiya sələfi tərəfindən həyata keçirilib”.

Təzə gələnlərin BVF-nun tövsiyəsi ilə sərt büdcə nəzarətini saxlamağa və koalisiya hökumətləri dönəmində böhran səbəbi olmuş populist praktikaya dönməmək üçün ağlı bəs edib. İnflyasiya nəzarətə götürülüb və hətta 2003-cü ildən 2001-ci ildəki 90%-dən, demək olar, 10% aşağı düşüb. İslahatlar, xeyirxah qonşuluq siyasəti, Türkiyənin 1999-cu ildə AB-yə namizəd kimi tanınması və 2005-ci ildə danışıqların başlanması – bütün bunlar xarici yatırımın kütləvi axını üçün şərait yaratdı. 2002-2007-ci illərdə Türkiyəyə birbaşa xarici yatırımların həcmi 20 dəfə – 1 milyarddan 20 milyard dollaradək artdı. Türkiyənin beynəlxalq valyuta axınlarındakı payı 2001-ci ildəki 0,1%-dən 2006-cı ildəki 1%-ədək artdı.

Türkiyə ÜDM-i 2002-2007-ci illərdə real dəyərdə 40% çoxaldı. İqtisadçı Əhməd İnsel “Ərdoğann yeni Türkiyəsi” kitabında yazır: “Sərvət bölgüsü yaxşılaşmasa da, iqtisadi artım və hiperinflyasiya dövrünün başa çatması ölkədə yoxsulluğu əsaslı şəkildə azaltmaq imkanı verdi (gündəlik gəliri 4,3 dollardan az olan adamların sayı 2002-2007-ci illərdə 30%-dən 7%-ə endi)”.

ƏİP aztəminatlı əhali zümrəsi içində nüfuzunu təmin etdi, yeni orta təbəqə meydana çıxdı.

Avropaya arxa çevrildi

2008-ci il dünya böhranı “ilk dövrlərdə Türkiyə iqtisadiyyatını depressiyaya uğratdı, lakin sonradan ABŞ Federal Ehtiyatlar Sistemi və Avropa Mərkəzi Bankı vəsaitlərinin görünməmiş dərəcədə aşağı faiz tariflərilə kütləvi şəkildə cəlbi Türkiyənin xarici kəsirinin maliyyələşdirilməsi üçün gözəl imkanlar açdı”, – deyə Dəniz Akgül qeyd edir.

Bu gözləniləməz hadisə Avropa perspektivlərinin uzaqlaşması və xarici işlər naziri Əhməd Davudoğlunun (sonralar baş nazir olub) “Strateji dərinlik” doktrinasının biçimlənməsi ilə izah edilən struktur islahatlarının dayandırılması ilə bağlı Türkiyə iqtisadiyyatının cazibədarlığının itməyini maskalamaq imkanı verdi.

Dəniz Akgül qeyd edir: “Davudoğlu 2009-cu ildən ticarət mübadiləsində Avropanı Yaxın Şərq və Türkiyənin qonşuları ilə dəyişmək kimi qeyri-gerçək vəzifə qoydu. Suriyadakı müharibə, Fəttah əs-Sisinin rəhbərlik etdiyi Misirlə pis münasibətlər və İraqın sabitsizləşdirilməsilə bağlı riskli (və hələlik uduzulmuş) güvənmə”.

Türkiyə iqtisadiyyatının xroniki xəstəliyi

Türkiyədə həmişə cari əməliyyatların mənfi saldosu müşahidə edilib, lakin bu, əsaslı şəkildə artıb: ÜDM 1990-cı illərdə koalisiya hökumətlər dönəmindəki 0,6%-dən ƏİP dövründəki 5,3%-ə qədər. Kəsir hətta 2011-ci ildə respublikanın qurulduğu 1923-cü ildən bəri rekord nişanəyə – 9,6%-ə çatıb. Dəniz Aklgül bunu Türkiyə iqtisadiyyatının xroniki xəstəliyi adlandırır. Ölkədə iqtisadi artım əhalinin istehlakına söykənir, halbuki ixracat Türkiyə məhsulunun cüzi əlavə dəyərinə görə ticarət balansını düzəldə bilmir.

Əhalinin əmanətlərinə çıxışı olmayan Türkiyə iqtisadiyyatının mənfi ticarət saldosunu müvazinətləşdirmək və özünü maliyyələşdirmək üçün xarici kapitala güclü ehtiyacı var. Hazırda isə, görünür, əlçatan valyuta dövrü sona çatır, lirənin bu yaxınlardakı devalvasiyası isə milli iqtisadiyyatın bu xroniki xəstəliyini yalnız əks etdirir.

Türkiyənin xarici borcu 2015-ci ildə (Avropada orta 85% göstəricinin müqabilində) cəmi 32% təşkil etsə də, devalvasiya dövlətin xarici yatırımçılara zəmanət verdiyi ödənişləri artırır. Türk iqtisadçı Mustafa Sönməz martın 29-da “Al-Monitor” saytında Ərdoğanın irimiqyaslı, pulun xarici yatırımçılara dollar kimi qaytarmaq lazım gəldiyi layihələrinin nə qədər bahalaşdığı haqda yazmışdı. Ekspert xüsusən də bu yay İzmir boğazı üzərində açılmış Osman Qazi körpüsünü yada salır. Bu, 2017-ci ildə milli valyutanın dəyərinin xeyli dərəcədə düşməsi üzündən dövlət məsrəflərinin 1,6 milyard lirə artmasına səbəb olacaq. Bu irimiqyaslı, elektoratın gözündə ƏİP dönəminin iqtisadi tərəqqisinin maddi sübutu olan tikintilər türk dövləti üçün maliyyə çuxuruna dönüşə bilər.

Xarici yatırımçıların inamının itməsi

Dəniz Akgül xatırladır ki, hazırda isə əsas təhlükə qaynağı xarici kapitalın bir hissəsinin getməsi sayılır: “2015-ci idə Türkiyə iqtisadiyyatının maliyyələşmə tələbatı ÜDM-in 25%-ni təşkil edirdi. 21%-i borcları bağlamaq və 4%-i kəsiri maliyyələşdirmək üçün”.

İqtisadi artım boğulsa və lirənin dəyərsizləşməyi davam etsə, xarici kapital Türkiyədən getməyə başlayacaq, çünki yatırımlardan sərfəli qazanca güvənə bilməz.

Siyasi təmizləmələr də xarici yatırımçlaır üçün narahatlıq qaynağıdır. Türk iqtisadçıların sözlərinə görə, onlara bu sualı daim verirlər. 130 min dövlət qulluqçusu işdən azad edilmə və yaxud kənarlaşdırılmaya etiraz edə, həmçinin fövqəladə vəziyyət tətbiq edildikdən sonra ödənilməmiş maaşları ala bilərmi? Gülənə dəstəkdə şühbə hədəfi olmuş və məhkəmənin qərarı ilə deyil, hökumətin sərəncamı ilə müsadirə edilmiş 800 müəssisənin ləğvi necə keçəcək? Eyni hal 3-4 milyard dollarlıq assosiasiya, fond və məktəblərə də aiddir. Müsadirə edimiş əmlakın dəyəri ümumilikdə 15-20 milyard dollar təşkil edir.

Durum “Moody`s” agentliyini buna təhrik edib ki, Türkiyənin uzunmüddətli reytinqini sentyabrda “spekulyativ” səviyyəyə qədər endirib. Digər kriteriyalar sırasında özəl mülkiyyətin təhlükəsizliyinin pisləşməsi də qeyd olunub.

İnkişaf, məşğulluq, inflyasiya və .. bülleten

Dəniz Akgül hesab edir: “Məşğulluq cəbhəsində işsizliyin artımı reytinqlərə təsir edə bilər. O, koalisiya hökumətləri dönəmində 8,1% təşkil edirdi və ƏİP dönəmində 10%-ə qədər qalxıb. İşsizlərin sayı sonralar 3,057 milyondan 3,330 milyona qədər çoxalıb”.

ƏİP-in seçkilərdəki uğurları əsasən iqtisadiyyata söykənib. Buna görə də Ərdoğanın imici durumun pisləşməsi üzündən ciddi ziyan çəkə bilər. Hər necə olur-olsun, buna vaxt tələb olunur və onun aprelin 16-a qədər bəs edəcəyi fakt deyil.

İstənilən halda Türkiyənin hökumət rəhbərliyi və yaxud ölkənin beynəlxalq kreditorlarının basqısı altında ən yaxın illərdə iqtisadi təshihdən yayınması baş tutmayacaq. İkinci variant aşkar şəkildə prezident Ərdoğana əl verəcək: o, türk xalqının qurbanlarına görə məsuliyyəti “xarici dövlətlərin” üzərinə yıxa bilər.

pia.az

...