Vampir ovu və yağış yağdırmaq üçün öldürülən körpə uşaqlar – ABŞ VƏTƏNDAŞLARINI TƏXLİYYƏ ETMƏYƏ BAŞLADI

Print Friendly, PDF & Email

Malavidə iri miqyaslı vampir ovu davam edir. Artıq bir ildən çoxdur ki, ölkə vətəndaşlarını vahimə içində saxlayan qaniçən insanların peyda olması Malavinin bir neçə iri şəhərlərinin sakinlərinin narahatçılığına səbəb olub. Nəticədə isə vampirizimdə şübhəli bilinən adamların kütləvi şəkildə öldürülməsinə gətirib çıxardıb.

AzToday.az Face of Malawi nəşrinə istinadən xəbər verir ki, hələ ötən il Malavinin Mulance və Falombe şəhərlərində yerli sakinlər vampir olduğu iddia edilən 5 nəfəri öldürüblər. Lakin buna baxmayaraq hələ də ölkədə vampir ovu davam edir. Son bir neçə ayda isə Malavinin Kasunqu, Mzuzu, Zomba, Livonde və Balantir şəhərlərində öldürülən vampirlərin sayı 80 nəfəri keçib. Hətta ölkədə vəziyyət o həddə çatıb ki, artıq şəhər sakinləri ehtimal etdikləri ölülərin qəbirlərini də açaraq meyitləri murdarlayırlar. Vampirizimdə şübhəli bildikləri adamları isə öldürüb, onların bədənlərinə polad iynələr batırırlar, ağızlarına, gözlərinə və qulaqlarına polad parçası yerləşdirirlər. Məzarlarına isə paya sancıb qaynar su ilə doldururlar.

Nəşrin yazdığıa görə, ölkədə vampirizmdə şübhəli bilinən adamların öldürülməsinin yenidən alovlanmasına səbəb isə bir qadının şəhər xəstəxanasına vampir dişləməsi səbəbindən müraciət etməsi olub. Həkimlər qadından bir neçə dəfə qan analizi götürdükdən sonra onda “vampirizim” xəstəliyini müəyyən etməyiblər. Lakin buna baxmayaraq şəhər sakinləri təşviş içindədirlər, çoxları gecələr silahlı gəzir və vampir ehtimal etdikləri adamları tutaraq öldürürlər.

Nəşr yazır ki, əhalinin əksəriyyəti caduya etiqad etdiklərindən, belə hesab gəlirlər ki, son illər Uqandada cadugərlərin yağış yağdırmaq və quraqlıqdan xilas olmaları üçün körpə uşaqları öldürdükləri səbəbindən onların da ölkəsi ruhların qəzəbinə gəliblər. Yerli sakinlər inanır ki, körpə uşaqların ruhları min illər öncə yatmış vampirlərin oyanışına səbəb olan böyük təsir imkanlarına malikdirlər. Elə bu səbəbdən də yerli əhali qaniçən varlıqlarla amansız mübarizəyə başlamasını qarşılarına məqsəd qoyublar.

Təhlükəsizlik baxımından BMT özünün əməkdaşlarını və digər beynəlxalq təşkilatların nümayəndələrinin Malavidən çıxartmaq məcburiyyətində qalıb. Bununla yanaşı ABŞ da öz vətəndaşlarına ölkənin təhlükəli regionlarından çıxmasına və ehtiyyatlı olmalarını tövsiyə edib.

Yerli hökumət isə bu cür cinayətlərin ölkədə stabilliyin pozulmasına gətirib çıxara biləcəyindən ehtiyyat edir. Vəziyyətlə bağlı ölkənin hüquq-mühafizə orqanlarının əməkdaşları ölkənin təhlükəli regionlarında səfərbər ediliblər. Faktla bağlı cinayət işi qaldırılıb. Son məlumatlara görə, Malavidə 120 nəfərdən çox şəxs məhz “vampir” öldürdüklərinə görə həbs edilib.

Bundan başqa hüquq-mühafizə orqanları dini mərasimlərdə körpə uşaqların qətlə yetirilməsində şübhəli bilinən daha 28 nəfəri saxlayıblar. Hazırda əməliyyat tədbirlərini davam etdirən polis hesab edir ki, ölkədə bu cür qətllərin sayı olduqca çoxdur, sadəcə bütün cəsədləri tapmaq mümkün olmayıb.

Babək Əliyev

AzToday.az

...