Deputatla bağlı iddia: “Milyonluq villa, mülklər, mənimsəmə və telefon danışıqları…”

Print Friendly, PDF & Email

Deputat Nəriman Əliyev və bacısı oğlu “Ştutqart” mağazalar şəbəkəsinin direktoru Əfqan Abdullayev tərəfindən bir gün ərzində müflis edilən Masallı rayon sakini, hazırda Bakı şəhərində yaşayan Rəfiyev Fərhad Rasim oğlu bu gün sosial şəbəkələrdə yeni məlumat yayıb.

Arqument.Az-ın məlumatına görə, feysbukda “Millət vəkilinin məhv etdiyi ailə” səhifəsində yaydığı məlumatda Rəfiyev bildirib ki, “Ştutqart”da işlədiyi müddət ərzində heç bir səlahiyyəti olmayıb. Yalnız satışla məşğul olub. Amma qarşı tərəf olan Əfqan Abdullayev iddia edib ki, guya Fərhad Rəfiyev işlədiyi müddətdə şirkətə 300 000 manat dəyərində ziyan vurub. Ona görə də bu ziyanı Fərhad Rəfiyevin evini və maşınlarını əlinə keçirməklə ödətdirib.

Onun sözlərinə görə, əmlakı əlindən alınandan sonra müxtəlif dövlət qurumlarına müraciət edib. Bu şikayətlərdən sonra Əfqan Abdullayev polisə verdiyi izahatında 300 000 (üç yüz min) manatı danaraq Fərhad Rəfiyevin şirkətə 3000 (üç min) manat ziyan vurduğunu qeyd edib. Digər tərəfdən isə, Fərhad Rəfiyevin adına olan ev və maşınların Əfqan Abdullayevin adına keçməsi ASAN xidmət mərkəzində eyni gündə rəsmiləşdirilib”.

Aprelin 15-də yaydığı məlumatda isə Rəfiyev aldadılması ilə yanaşı, deputatın mükləri və villası barədə söhbət açır. Hətta həmin villanın və müklərin görüntüsünü də təqdim edib.

“Birdən elə başa düşərsiniz ki, millət vəkilin evi yoxdur deyə mənim evimi mənimsəyib?! Və ya onun ümumiyyətlə bu işdən xəbəri yoxdu?! Mən millət vəkili Nəriman müəllimə ilk dəfə yanvar ayının 7-də zəng etdim. Bacısı oglunun məndən evimi qanunsuz olaraq tələb etdiyini bildirdim. Nəriman müəllim mənə dedi ki, bacım oğlu nə deyir, ona əməl et. O, mənim sözümü deyir. Sonra Nəriman dayın səninlə oturub çörək yeyib, söhbət edər…”, – Masallı sakini yazır.
Deputatın qohumunun 300 000 aldığını təsdiqləyən sənəd ortaya çıxdı – FAKT
O daha sonra “Ulduz” metrosunun yanında deputatla görüşdüyünü vurğulayır: “Sonra millət vəkili Nəriman Əliyevlə “Ulduz” metrosu yaxınlığında olan biznes obyektində də görüşdüm. Orda mənə söz verdi ki, səsini çıxartmasan, özünü yaxşı aparsan, evini qaytararıq. Evi və avtomaşınımı qaytarmadığına görə atam şikayet etdi. Fevral ayında millət vəkili Nəriman Əliyev özü mənə zəng etdi və dedi ki, şikayətiniz geri götürün. Deyin ki, anlaşılmazlıq olub. Geri götürsəniz, evini qaytararıq. Amma yenə də bizi aldatdılar”.

Rəfiyev deyir ki, deputatla bütün telefon danışılarını qeydə alıb və hüquq-mühafizə oranlarına təqdim edəcək: “Yaxşı ki, telefon danışıqlarımız qeydə alınıb. Sabah telefon danışıqları mətbuata və lazımi orqanlara göndəriləcək. Aşagıdakı şəkillərdə Nəriman Əliyevin mənimlə görüşdüyü “Ulduz” metrosu yanındakı biznes obyektlərinin, Teymur Əliyev küçəsindəki villasın görə bilərsiniz. Məsələ ilə bağlı valideynlərim millət vəkili ilə onun Nəsimi rayonu Həsən Əliyev küçəsində olan bina evində də olublar. Bina evində olan bir mərtəbə tamamilə millət vəkilinə məxsusdur. Bununla belə mənim qanusuz olaraq hədə-qorxu ilə mənimsədikləri evimi qaytarmırlar”.

Yazıdakı iddialarla bağlı deputatla əlaqə saxlamağa çalışsaq da, zənglərimizə cavab verilmədi. Bu mövzu bir neçə gündür ki, mediada işıqlandırılsa da, deputat və bacısı oğlu heç bir açılama veriməyiblər.

...