İdman

Belarus çempionatında qalmaqal

Belarus çempionatının 5-ci turunun “Vitebsk” – “Dinamo” Brest oyununda (1:0) qalmaqal baş verib.

Qaynarinfo “Pressbol”a istinadən xəbər verir ki, hadisənin mərkəzində qonaq komandanın futbolçusu Yevgeni Xaçeridi olub. 32 yaşlı ukraynalı müdafiəçi əvvəlcə rəqibin futbolçusunun ayağına qəsdən zərbə endirdiyinə görə birbaşa qırmızı vərəqə alıb. Bu səbəbdən hakim penalti təyin edib ki, İon Nikolaesku topu “nöqtə”dən tora qovuşdurub.

Oyunun ardından Xaçeridi paltardəyişmə otağına gedən yolda hakim Sergey Çistova hücum edərək onu vurmaq istəyib. “Dinamo”nun massajçısı da hakimləri təhqir edib, onları hədələyib.

İnsidentə görə futbolçu və massajçını ağır cəza gözləyəcəyi bildirilir.

Bənzər yazılar

Back to top button