Dünya

Uşağını sosial mediada satışa çıxartdı və…

ABŞ-ın Mississippi ştatında yaşayan qadın “Twitter” hesabında oğlunu satışa çıxartması barədə məlumat paylaşıb.

“Qaynarinfo” xarici mediaya istinadən xəbər verir ki, jurnalist Aleks MakDaniel uşağının şəklini paylaşaraq “3 yaşında. 12 dollar və ya yaxşı təklif verənə satılır” yazaraq zarafat edib. 3 gün sonra isə Uşaqları Mühafizə Xidməti təşkilatı jurnalistin iş yerinə gəlib. Adını qeyd etməyən bir nəfər bu təşkilata zəng edərək qadının övladını internetdə satışa çıxardığını və bu Aleksin əqli vəziyyətinin qaydasında olmadığını vurğulayıb.

Zarafat məqsədilə paylaşılan post Aleks barədə tədqiqat prosesinin başlamasına səbəb olub. Uşağını itirmək və həbs təhlükəsiylə üzləşən qadın bu zəngin yanlış anlaşılma olmadığını və pis niyyət daşıdığını deyərək həmin şəxsin zarafat anlayışı olmadığını bildirib.

Qeyd edək ki, Aleks Makdanielin hansısa cəzaya məruz qalması gözlənilmir.

Bənzər yazılar

Back to top button