Dünya

“Ukrayna Silahlı Qüvvələri Krınok bölgəsində 3,4 min insan itirib” – Şoyqu

“Ukrayna Silahlı Qüvvələrinin Xerson vilayətinin Krınki kəndi ərazisində itkiləri təxminən 3,4 min nəfər təşkil edib”.

Yeniavaz.com xəbər verir ki, bu barədə Rusiyanın müdafiə naziri Sergey Şoyqu Rusiya Prezidenti Vladimir Putinə məlumat verib.

“Keçən ilin yayından bu günə kimi düşmən orada demək olar ki, 3,5 min, 3,4 min nəfər itki verib. Əgər konkret olaraq Krınkidən danışsaq, əsas sıçrayış məntəqəsi orada planlaşdırılıb”, – nazir bildirib.

Şoyqu qeyd edib ki, Ukraynanın 30-cu Dəniz Piyadaları Korpusunun dörd briqadası orada cəmləşib.

Bənzər yazılar

Back to top button