Dünya

Blinken: Yaxın Şərqdə sülhün alternativi HƏMAS, Hizbulllah və İrandır

Cümə günü ABŞ-ın baş diplomatı Yaxın Şərq ölkələrini “əməkdaşlıq və koordinasiya imkanları axtarmaqda” davam etməyə çağırıb, “çünki bunun alternativi HƏMAS-dır”, xəbəri Turan-ın Vaşinqtondakı müxbiri verib.

“Alternativ aydın və çox sərtdir: bu HƏMAS-dır, bu Hizbullahdır, bu İrandır, bu, dağıntı, ölüm, terrorçuluq, qaranlıqdır”, deyə Blinken Dövlət Departamentində keçirilən mətbuat konfransında bildirib.

“Tamamillə aydındır ki, əksər ölkələr, insanların əksəriyyətini eyni şey istəyir: onlar ölkələrin birlikdə işlədiyi, münasibətlərin normallaşdığı, böyük inteqrasiyanın olduğu, insanların birgə işlədiyi, birgə oxuduğu, səyahət etdiyi, bizneslə məşğul olduğu region istəyirlər. İnsanların əksəriyyəti bunu istəyir. Biz də Fələstin xalqının hüquqlarının və ümidlərinin belə bir regionda gerçəkləşməsini görmək istəyirik”.

Blinkenin bəyanatı islamçı HƏMAS qrupunun oktyabrın 7-də İsrailin cənubuna hücum zamanı oğurlanmış iki amerikalı girovu – ana və qızı – Cudit və Natali Raananı sərbəst buraxdığı anda səslənib.

O, girovların azad edilməsində göstərdiyi köməyə görə Qatar hökumətinə təşəkkür edib.

Onun sözlərinə görə, daha 10 amerikalı bu münaqişədə itkin düşüb.

“Bilirik ki, onların bəziləri HƏMAS-ın girovudur, eyni zamanda, 200-ə yaxın digər girovlar Qəzzə bölgəsində saxlanılır. Onlar arasında bir çox ölkələrdən kişilər, qadınlar, oğlanlar, qızlar, yaşlı insanlar var. Onların hər biri azad edilməlidir”, deyə Blinken bildirib.

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button