DünyaXəbərlər

Binəli Yıldırım: “İllərdir sizi himayə edən Türkiyənin sözünü niyə dinləmədiniz?”

“İllərdir sizi himayə edən, yaşamağınız üçün şərait yaradan Türkiyənin sözünü niyə dinləmədiniz?”

AzToday.az “Haber7″yə istinadən xəbər verir ki, bunu Türkiyənin Baş naziri Binəli Yıldırım Egey İqtisadi Forumunda deyib.

İraqın şimalındakı Kürd Muxtar Əyalətinin başçısı Məsud Barzaninin sentyabrın 25-də keçirdiyi “referendum”un nəticələrini dondurmağa hazır olmaları ilə bağlı təklifinə münasibət bildirərən baş nazir vurğulayıb ki, hazırda Orta Şərqə vəziyyət ümidverici deyil.

B.Yıldırım hesab edir ki, İraqın şimalındakı muxtariyyət rəhbərliyi yanlış qərarlar qəbul edib: “Məsud Barzani deyib ki, “referendumdan əvvəlki şərtlərə qayıdırıq”. Əgər bu nəticəyə gələcəkdinizsə, onda bu yanlış qərarla bağlı niyə israr edirdiniz? “Yanlış hesab Bağdaddan dönər” deyiblər. Nəhayət, bu dəfə yanlış hesab heç Bağdada çatmadan geri qayıtdı”.

Bənzər yazılar

Back to top button