İdman

Ronaldo: “Mən nə vaxt istəsəm, danışıram”

Portuqaliya millisinin üzvü Kriştiano Ronaldo DÇ-2022 haqda reportaj hazırlatan jurnalistlərdən komanda yoldaşlarına onun haqda suallar verməmələrini istəyib.

Qol.az xəbər verir ki, 37 yaşlı hücumçu qəfil mətbuat konfransı keçirilən otağa daxil olub. “Mançester Yunayted” və yığmadakı komanda yoldaşı Bruno Fernandeşlə sosial mediada yayılan görüntüləri haqda danışan forvard deyib:

“Təyyarəsi gecikdi, ona “gəmi ilə gəldin?” deyə sual verdim. Xahiş edirəm, futbolçulara mənim haqqımda suallar verməyin”.

Jurnalistlərə “güllə keçirməz” və “dəmir kimi sağlam” olduğunu deyən Ronaldo Pyers Morqana verdiyi müsahibədə ilə əlaqədar isə bunları söyləyib: “Zamanlama həmişə eynidir. Vaxtı necə seçə biləcəyimizə baxmaq sizin üçün asandır. Başqa nələr olacağı barədə narahat olmağa dəyməz. İnsanların düşündüyü ilə bağlı həyəcanlanmağa ehtiyac yoxdur. Mən nə vaxt istəsəm, danışıram. Mənim kim olduğumu, nəyə inandığımı hamı bilir”.

Qeyd edək ki, Ronaldo bir neçə gün əvvəl verdiyi qalmaqallı müsahibə ilə gündəmdədir. O, “Mançester Yunayted”i tənqid edib. Buna görə klubu ilə Bruno Fernandeş Ronaldodan narazı qalıb.

Bənzər yazılar

Back to top button