“Adapter” və “zaryadka”nın Azərbaycan dilində qarşılığı müəyyənləşdi

Print Friendly, PDF & Email

Bəzi alınma sözlərin Azərbaycan dilində qarşılığı müəyyənləşdirilərək Nazirlər Kabineti yanında Terminologiya Komissiyasında təsdiqlənib

AzToday.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini Sayalı Sadıqova bildirib. O, Azərbaycanda dilində qarşılığı müəyyənləşdirilmiş bəzi sözlərin siyahısını açıqlayıb:

“Zaryadka” – “Yükləmə”,

“Adapter” – “Yükləyici”,

“Embarqo” – “Qadağa”,

“Evakuasiya” – “Köçürülmə”,

“Proqnoz” – “Öncəgörmə”,

“Konsensus” – “Yekdillik”,

“Kserokopiya” – “Üzçıxarma”,

“Like” – “Bəyənmə”,

“Mesaj” – “İsmarıc” kimi təsdiqlənib.

Bu sözlərin mətbuat orqanlarında Komissiya tərəfindən təsdiqlənmiş formada istifadə edilməsinin zəruriliyini vurğulayan S. Sadıqova qeyd edib ki, komputer “mouse”nun qarşılığı kimi “bələdçi” sözündən istifadə olunması təklif olunur.

...