İdman

PSJ-də Neymar qısqanclığı: 222 milyon bəs etmədi

Dünyanın ən bahalı transferi olan Neymar üçün PSJ-də yaradılan şərait digər oyunçuların qısqanclığına səbəb olub.

“Qaynarinfo” xəbər verir ki, bu barədə Fransanın Le Parisien qəzeti məlumat yayıb. Məlumatda bildirilir ki, klub Neymarın transferinə 222 milyon avro xərcləməklə kifayətlənməyib, onun üçün bəzi imtiyazlar da yaradıb. Belə ki, klubun digər futbolçularından fərqli olaraq onun üçün 2 xüsusi fizioterapist ayırıb. Onların vəzifəsi sadəcə Neymarla maraqlanmaqdır. Həmçinin məşq zamanı digər oyunçulara Neymara qarşı sərt müdaxilə etmək qadağan edilib. Hətta buna görə, bir neçə futbolçu da cəzalandırılıb ki, bu da oyunçuların qəzəbinə səbəb olub.

Bundan başqa klubun digər oyunçuları yalınz PSJ-nin lisenziyalı və loqolu çantalarından istifadə etməli olsa da, reklam ulduzu olan Neymar müqavilə bağladığı sponsorların da markalarından istifadə etməkdə sərbəstdir.

Bir müddət öncə Edinson Kavani ilə penalti vurmağa görə mübahisə edən Neymara bu məsələdə də üstünlük verilib. Belə ki, gələn mövsüm penaltilərin hamısını Neymar vuracaq.

Bununla bərabər Neymar qarşıdakı 5 il ərzində qazanacağı hər “Ballon d`Or” mükafatı (Qızıl top) üçün PSJ-dən 3 milyon avro mükafat alacaq.

Bənzər yazılar

Back to top button