Dünyaİqtisadiyyat

Çin alternativ enerji layihələrinə 780 milyard dollar ayıracaq

Çin hökuməti küləkdən və günəşdən elektrik enerjisi emal edən işlək layihələrə 780 milyard dollar ayıracağını açıqlayıb

Novator.az xəbər verir ki, bunun qarşılığında 2030-cu ilədək Çinin alternativ elektrik enerjisi sektorunun fəaliyyətindən azı 782 milyard dollar qazanacağı proqnozlaşdırılır.

Ancaq belə layihələri dəstəkləməkdə məqsəd təkcə qazanc deyil. Çin dövləti ekoloji çirklənməyə, ətraf mühitə mənfi təsir edən faktorları aradan qaldırmağa çalışır. Çünki son zamanlar Çində ekoloji çirklənmə ilə bağlı böyük problemlər yaşanır.

Araşdırmalar göstərir ki, ilk növbədə Çinə 2030-cu ilədək küləkdən və günəşdən alınacaq enerjinin həcmini 17 faizə çatdırmaq gərəkdir. Alternativ enerjinin həcminin artırılması kömür, neft və qaza tələbatı aşağı salacaq.

Bənzər yazılar

Back to top button