Dünya

Bu papaq yaddaşı gücləndirir

ABŞ müdafiə nazirliyinin istehsal etdiyi cihaz öyrənmə potensialını 40% artırır.

“Qaynarinfo” xarici mediaya istinadən xəbər verir ki, Müdafiə İnkişafı Araşdırma Layihəsi Agentliyi tərəfindən hazırlanan cihaz papağa bəznər, lent şəklindədir və başa taxılır. Meymunlar üzərində sınaqdan keçirilən cihazın öyrənmə qabiliyyətinə ciddi təsir göstərdiyi məlum olub.

Kaliforniya, Nyu York və Kanadadakı 3 təşkilatın ortaq işi olan papaq cihaz elektrik axını ilə beynin bəzi hissələrinə təsir göstərir.

Meymunlara verilən və əlaqəli öyrənməyə əsaslanan vəzifəni papaqdan istifadə edən qrup 12 cəhddən, digər qrup meymun isə 22 cəhddən sonra yerinə yetirə bilib.

TDCS adlı cihaz gələcəkdə ciddi yaddaş pozğunluğu yaşayan insanların problemini həll etmək üçün istifadə edilə bilər. Alimlər beyni ciddi zərər görən və zədəli beyin boşluqlarını bağlayaraq yaddaş vəzifəsini yerinə yetirən, naqilsiz, daşınabilən cihaz istehsal etməyə ümid edirlər.

Bənzər yazılar

Back to top button