İdman

“Barselona” Qrizmannla növbəti danışıqlara başladl

“Barselona” “Atletiko”nun hücumçusu Antuan Qrizmannın agentləri ilə növbəti danıqşıqlar aparıblar.

Qol.az-ın xəbərinə görə, bu haqda “Mundo Deportivo” nəşri məlumat yayıb. Kataloniya klubunun baş məşqçisi Ernesto Valverdenin şəxsən 25 yaşlı fransalı hücumçunu komandasında görmək istədiyi bildirilib.

Qrizmannın “Barselona”nın ona olan marağından məmnun qaldığı iddia edilir.

“Barselona” hələ bu mövsümün əvvəli Qrizmannı almaq istəyib. Amma onun təzminat qiymətinin 200 milyon avro olması kataloniyalıları fikrindən daşındırıb. Məlumata görə, 2018-ci ili yayında isə fransalı futbolçunun qiyməti iki dəfə düşəcək.

Bənzər yazılar

Back to top button