Cəmiyyət
Bakının bu hissəsində su kəsiləcək
Sabah paytaxtın bəzi yerlərində suyun verilməsinə məhdudiyyət qoyulacaq.
“Azərsu” ASC-dən verilən məlumata görə, magistral xətlərdə təmir-bərpa işləri ilə əlaqədar 27 oktyabr 2017-ci il tarixində gün ərzində Səbail rayonunun bir hissəsinə və Yasamal rayonunun Yeni Yasamal yaşayış massivinə içməli suyun verilməsində məhdudiyyətlər olacaqdır.
Yaranan narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.