Bürclər: 19 aprel

Print Friendly, PDF & Email

Qoç – hərəkətləriniz üçün daha geniş, azad və asudə şərait yaranıb. Mənasız xülyalara, məntiqsiz arzulara qapılmayın. Belə olarsa, göz qarşısında duran məsələni nəzərdən qaçırmayacaqsınız.

Buğa – soyuqqanlı davranın. Günün hadisələri yaxın vaxtlarda yaşanacaq olayların məcra təmayülünü müəyyənləşdirir. Perspektivləri dəyərləndirin, yeni planlar qurun.

Əkizlər – həyat sizdən sürətli davranış və fəallıq tələb edir. Tərəfdaşlar tapmaq, münasibətləri bərpa etmək, diqqət gözləyən insanla səmimi davranmağı unutmayın.

Xərçəng – yaxın ətrafınızdakı insanlardan birinin yardıma ehtiyacı var. Laqeyd və xudpəsənd olmayın. Yardım gələcəyə investisiya da sayıla bilər.

Şir – səhər saatlarında aktiv çalışın. İşləri yarımçıq qoymayın. Axşam saatlarında tanış və dostlarla yazışmaq olar. Bu gün əldə ediləcək məlumat yeni ideyalar mənbəyinə çevrilə bilər.

Qız – mövqelərinizi möhkəmləndirərək imkanlarınızı artıra biləcək addımları planlaşdırın. Dostlarla birgə iş, səfər və genişmiqyaslı layihəyə başlamaq üçün əlverişli vaxtdır.

Tərəzi – qəfil dəvət və hadisələrlə qarşılaşa bilərsiniz. Axşam saatlarında piyada gəzin, açıq havada olun. Yaxınlarınızla münasibətlərdə səxavətli, səmimi və həssas olun.

Əqrəb – bəzi stereotiplər və adətlərdən qurtularaq günün tələblərinə uyğun hərəkət edin. Alış-verişdə simiclik etməyin. Yeni əşyalar almaq istəyirsinizsə – alın.

Oxatan – hiss və emosiyalarınızı məhdudlaşdırmayın. Münasibətlərin inkişafı, təmaslarda köhnələn və effektivlik səviyyəsi aşağı düşən formatı dəyişmək zamanıdır.

Oğlaq – bir işə başlayıb o işi bitirin. Məhz sizə fayda və mənfəət vəd edən proseslərə qatılın. İnformasiyalar və məlumatları təhlil edin, yaxşı düşünün, hövsələsiz davranmayın. Axşam saatlarında əyləncə məkanına yollanmaq olar.

Dolça – problemi həll etmək üçün imkanlar boldur. Bir neçə mövzuda və müstəvidə uğur əldə edə bilərsiniz. Yaşam sizə çox vədlər verir, aldanmayın.

Balıqlar – aktiv davranış tələb edən gündür. Ünsiyyət və hadisələr bir-birlərini sıralayacaq.
Enerjinizdən və yaşam tonusunzun yüksək səviyyəsindən rasional yararlanın.

Milli.Az

...