İdman

Ronaldinyo azadlığa buraxıldı

Braziliya millisinin sabiq futbolçusu Ronaldinyo Paraqvayda həbsdən azad edilib.

Fanat.az xəbər verir ki, hökumət 39 yaşlı keçmiş yarımmüdafiəçi və qardaşı Assisi sənədləri saxtalaşdırmada ittiham etməməyi qərara alıb. Qardaşlar səhvlərini etiraf etdikdən sonra sərbəst buraxılıblar.

Ölkəyə saxta sənədlə girməkdə şübhəli bilinən keçmiş yarımmüdafiəçinin saxlanılmasına martın 5-də Paraqvay prokuroru order verib. Polis Ronaldinyonun qardaşı ilə birgə qaldığı oteldə axtarış aparıb.

“O, polislərə Braziliya pasportunu və şəxsiyyət vəsiqəsini göstərib. Nəyisə gizlətmək istəsəydi, bu sənədləri təqdim etməzdi. Ronaldinyo heç bir cinayət əməli törətməyib” deyə vəkili bildirib.

Bənzər yazılar

Back to top button