Bakının bu mikrorayonu belə olacaq – Möhtəşəm görüntülər

Print Friendly, PDF & Email

Bu ilin ikinci yarısında Bakının Nəsimi rayonu ərazisində yerləşən 1-ci mikrorayonun hissə-hissə söküntüsünə başlanılacaq. 

AzToday.az Lent.az-a istinadən xəbər verir ki, “xruşovka” kimi tanınan, müvəqqəti yaşayış üçün nəzərdə tutulan, istismar müddətini başa vurmuş iripanelli yaşayış binaları sökülərək ərazidə yenidənqurma işləri aparılacaq.

Artıq ərazidə müəyyən işlərə başlanılıb. Həmçinin mikrorayon ərazisində yerləşən yeganə məktəb olan Saleh Poladi adına 159 saylı tam orta məktəbin taleyinə də aydınlıq gəlib.

Məktəbin direktoru Vahid Xəlilov açıqlamasında bildirib ki, müvafiq qurumların nümayəndələri məktəb binasında araşdırmalar aparıb:

“Onlar bildirdilər ki, məktəbin söküntüsünə ehtiyac yoxdur və təhsil müəssisəsi söküntü-tikinti dövründə fəaliyyətini davam etdirəcək. Həmçinin ibtidai siniflərin yerləşdiyi yeni korpusun əsaslı təmir ediləcəyini qeyd etdilər”.

Məktəb direktoru əlavə edib ki, hazırda orada 1100 nəfərdən artıq şagird təhsil alır. Lakin mikrorayon yenidən tikiləndən sonra burada mənzillərin artması səbəbindən əhalinin sayının çoxalması nəticəsində yaranacaq ehtiyacı da qarşılaya biləcəklər:

“Hazırda məktəb birnövbəli fəaliyyət göstərir. Məktəb çox genişdir və burada 1700 şagirdin təhsil alması üçün normal şərait var”.

Qeyd edək ki, burada ümumilikdə 34 bina söküləcək, 1729 ailə köçürüləcək. İşlər 3 ilə yekunlaşdırılacaq.

Layihənin bəzi fotolarını təqdim edirik.

...