İdman

İŞİD dünyanı Messi və Neymarla təhdid etdi (FOTOLAR)

İŞİD terror təşkilatı gələn il Rusiyada keçiriləcək Dünya çempionatını hədələməkdə davam edir. “Qaynarinfo” xəbər verir ki, bir neçə gün əvvəl Lionel Messi fotosu ilə “DÇ-2018″i hədələyən terrorçular bu dəfə Neymarı hədəf seçib.

İŞİD-in sosial mediada yayımladığı fotoda Messi və Neymar əsir olaraq təsvir edilib. Messi yerdə üzərində İŞİD bayrağı ilə ölü halanıda yatırsa, Neymar diz üstə çöküb və başı üzərində bir terrorçu dayanıb.

Fotonun altında isə “Biz müsəlman ölkələrdə təhlükəsizlikdə olmadıqca, siz əylənə bilməyəcəksiniz” yazılıb.

Qeyd edək ki, İŞİD bir neçə gün əvvəl də yayımladığı iki foto ilə Dünya çempionatını hədələmişdi. Fotolardan birində Lionel Messini dəmir barmaqlıqlar arxasında və gözündən qan axarkən təsvir edən İŞİD “Bizim üçün gözləyin” sözlərini yazmışdı.

Digər fotoda isə 15 iyul 2018-ci ildə Dünya çempionatının finalının keçiriləcəyi Moskvadakı “Lujniki” stadionu yer almışdı. Bu fotoda stadiona tərəf baxan bir terrorçu görünürdü.

Bənzər yazılar

Back to top button