Neft niyə bahalaşdı? (ŞƏRH)

Print Friendly, PDF & Email

“Dünyaca məşhur “Goldman Sachs”ın analitikləri hesablayıblar ki, elektiklə işləyən avtomobillərin geniş yayılmasına görə 2030-cu ilə dünyada neft çıxardan və emal edən şirkətlər hər il 2 trilyon dollar itirəcəklər”.AzToday.az xəbər verir ki, bu sözləri iqtisadçı ekspert Natiq Cəfərli deyib.

Ekspert “Goldman Sachsın hesabatını şərh edib: “Hesablamalara görə 2030-cu ildə dünyanın neft istehlakı tək elektrik avtomobillərinə görə gündəlik 10 mln. barelə qədər azalacaq, elektrik enerjisinin alınması üçün isə ümumiyyətlə, neft məhsulları istifadə edilməyəcək. Hesabatın sonunda yazılanları sadə dilə tərcümə etsək “Goldman Sachs” deyir ki, kimin nefti var, yaxın 10 ilə çıxartsın və satsın”.

Natiq Cəfərli son günlər neftin bahalaşmasının səbəbini də açıqlayıb: “Son 2 gündə neft bahalaşdı, brent 60 dollar oldu, bunun 2 mühim səbəbi var:

1. Siyasi risklər (İraqda baş verənlər, İrana qarşı yeni sanksiyalar.
2. Hər ay sonunda neft spekulyantları qiymətləri artırıb “qısa mövqeləri” (short position) qapadaraq gəlirlərini fiksə edirlər.

Hər iki səbəb qısa müddətli və keçicidir, gələn həftənin 3-cü gününə qədər davam edə bilər, 3-cü gündən başlayaraq qiymətlər yenidən 55 dollar səviyyəsimə geri çəkilməyə başlayacaq.

Şəxsən mən forex-də neft fyuçersləri ilə ticarət etsəydim, 1-ci gün əlimdə olanları 60 dollardan satardım…”

...