Dubay Şeyxi və xanımı “Baku Cafe”də (FOTO)

Print Friendly, PDF & Email

Birləşmiş Ərəb Əmirliklərinin şeyxi Məhəmməd bin Rəşid və xanımı şahzadə Hayyanın “City Walk” istirahət mərkəzində fotoşəkilləri yayılıb. Kral ailəsi buradakı kafelərin birində Azərbaycan mətbəxindən olan xörəkləri dadıblar.

Dubay şeyxi Muhəmməd bin Rəşid Al Məktumun kafeyə gəlişi kütləvi informasiya vasitələrində maraqla qarşılanıb. İnsanlar kral ailəsini öz aralarında görməkdən məmnunluq duyublar.

AzToday.az publika.az-a istinadən xəbər verir ki, ötən həftə Şeyx Məhəmməd və xanımı şahzadə Hayya bint Əl- Hüseyn “City Walk” mərkəzinin “Baku Cafe” adlı məkanında əyləşib, Azərbaycan milli mətbəxindən olan təamlardan zövq alıblar.

Azərbaycan Respublikasının Birləşmiş Ərəb Əmirliklərindəki səfirliyindən əldə etdiyimiz məlumata görə cütlük kafenin ilk müştərilərindəndir. Onlar hətta bu məkanın açılışında iştirak ediblər.

Kafedə hazırlanan sac xörəkləri və yarpaq dolması şeyxin ən sevimli yeməklərindədir.

Əldə olunan məlumata görə şeyx “City Walk”-da yerləşən kafelərə tez-tez gəlir, “Baky Cafe” ilə yanaşı Farzi Cafe də onun sevimli məkanı sayılır.

Şeyx haqda bir maraqlı məlumat da odur ki, 68 yaşlı əmirin 9 oğlu, 14 qızı var.

...