Siyasət

Məhkəmə Qubad İbadoğlunun vəkillərinin şikayətini təmin etməyib

Noyabrın 14-də Nərimanov Rayon Məhkəməsində iqtisadçı alim Qubad İbadoğlunun həbsindən sonra möhürlənmiş ofisin açılması ilə bağlı vəkillərin şikayətinə baxılıb.

Bu barədə Turan-a İbadoğlunun qardaşı Qalib Toğrul bildirib. Onun sözlərinə görə, məhkəmə vəkillərin şikayətini təmin etməyib. “Məhkəmə belə əsaslandırdı ki, istintaq gedir və istintaq dövründə götürülmüş materiallardan istifadə oluna bilər. Amma orada hər hansı istifadə olunası material da yoxdur. O ADR məxsus olan sənədlər birbaşa olaraq üzvlərin fərdi məlumatlarıdır. Orada istintaq üçün xüsusi əhəmiyyət kəsb edən sənəd yoxdur”, deyə o bildirib. Onun sözlərinə görə, yaxın günlərdə İqtisadi Tədqiqatlar Mərkəzinin adından anoloji şikayət veriləcək.

Qalib Toğrul bildirib ki, Qubad İbadoğlu özü də məhkəməyə gətirilib. “Qubad bəyin səhhətində əvvəlki problemlər hələ də qalır. Xüsusilə belində ağrılar şiddətlənib. Gecələr ağrılar şiddətlənir və ağrıdan yata bilmir. Son iki həftədə dəfələrlə müraciət edib, endokrinoloq, nevropatoloq müalicə etsin. Amma heç kim gəlməyib. Şəkərlə bağlı problem hələ də qalır”, deyə Qabil Toğrul bildirib.

* İyulun 24-də Bakının Nərimanov Rayon Məhkəməsi Qubad İbadoğlunu saxta pul hazırlamaq ittihamı ilə 3 ay 26 gün müddətinə həbs edib. Azərbaycan DİN İbadoğlunun 2016-cı ildə Türkiyədə dövlət çevrilişi cəhdində ittiham olunan Fətullah Gülənin tərəfdarları ilə əlaqəsi olduğunu bildirib.

Avqustun 25-də ona qarşı daha bir ittiham irəli sürülüb – “dini ekstremist materialları hazırlama, saxlama və ya yayma”. Qubad İbadoğlu ittihamları təkzib edir, onları absurd hesab edir. Bir çox beynəlxalq təşkilatlar və rəsmi şəxslər rəsmi Bakını siyasətçini dərhal azad etməyə çağırıblar. Avropa Parlamenti İbadoğlunun təqib edilməsi ilə əlaqədar Azərbaycan məmurlarına qarşı sanksiyalar tətbiq etməyə çağırıb.

Bənzər yazılar

Back to top button