İqtisadiyyat

Prezident Administrasiyasında vəzifələrini itirən məmurlar (FOTOLAR)

Xəbər verdiyimiz kimi, Milli Məclisin bugünkü iclasında Prezident Administrasiyası (PA) rəhbərinin müavini vəzifələrinin inzibati vəzifələrin ali və birinci təsnifatı sırasından çıxarılması ilə bağlı qanunvericiliyə dəyişiklik müzakirə edilib.

Layihəyə əsasən “Dövlət qulluğu haqqında” qanunun 11-ci (İnzibati və yardımçı vəzifələrin təsnifatı) maddəsinə dəyişiklik təklif olunur. Dövlət müşaviri vəzifəsi inzibati vəzifələrin ali təsnifatı sırasından, PA rəhbərinin müavini vəzifəsi isə birinci təsnifat sırasından çıxarılır.

AzToday.az a24.az-a istinadən xəbər verir ki, bu ilin iyun ayında Prezident Adminstrasiyasında müşavirlik institutu ləğv olunmuşdu. İqtisadi siyasət məsələləri üzrə Dövlət müşaviri Vahid Axundov və Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdulla vəzifələrini itirmişdi.

Qeyd edək ki, Vahid Axundov hakimiyyətin yuxarı pilləsində yüksək vəzifə tutan məmurlar arasında ən yaşlılardan biriydi. O, 4 iqtidarın prezidentiylə işləməklə müstəqil Azərbaycanın siyasi tarixinə uzun müddət eyni post tutmuş vəzifəli şəxslərdən biri kimi düşdü.

İndiəyədək Prezidentin istisadi islahatlar üzrə müşaviri olmuş Natiq Əmirov isə İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdiri – Prezidentin köməkçisi təyin olunmuşdu.

Prezidentin digər müşaviri – humanitar məsələlər üzrə şöbə müdiri Fatma Abdullazadə də tutduğu vəzifədən kənarlaşdırılmışdı.

Bənzər yazılar

Back to top button