Dünya

Metal ovçuları 500 tonluq körpünü oğurladı – Ancaq kimsə şübhələnmədi…

Hindistanda bütöv kəndin gözləri önündə uzunluğu 18 metr və çəkisi 500 ton olan dəmir körpü oğurlanıb.
Moderator.az xəbər verir ki, bu barədə “The Hindu” qəzeti məlumat verib.
Hindistanın Bihar ştatında yerləşən Amiyavar kəndində naməlum şəxslər maneəsiz olaraq körpünü oğurlayıb.
Cinayətkarlar özlərini Ara- Sone kanalında təmir işləri həvalə edilən İrriqasiya üzrə Dövlət departamentinin məmurları kimi tədqim edib. Daha sonra onlar ağır texnikanı cəlb etməklə 45 il əvvəl tikilən köhnə körpünü demontaj edib.
Kənd sakinləri danışıb ki, bir neçə gün ərzində dəmir konstruksiyanın hissələrə bölünməsini müşahidə ediblər, sonradan həm insanların, həm də körpü hissələrinin izi- tozu da qalmayıb.
“Üç gün öncə konstruksiya yerində idi, lakin qəflətən o, yoxa çıxıb və biz bu barədə yerli hakimiyyət orqanlarına məlumat vermişik”, – Amiyavar kəndininin sakini Sureş Kumar təsdiq edib.
Kənd Suri Şer Şaha Suri imperiyası banisinin məzarı ilə tanınan Sasaram rayon mərkəzindən 40 km aralıda yerləşir.
Su təsərrüfatı Departamentinin əməkdaşları oğurluq yerini ziyarət edərək, polisə məlumat verib.
“Biz körpünün nə zaman və hansı şəraitdə oğurlandığının istintaqını aparırıq”, – yerli polis sahəsinin rəisi Subhaş Kumar deyib.
Jurnalist Adcit Kumar güman edib ki, oğurluğu metallomun yığılması və satışı ilə məşğul olan qaçaqmalçılar törədə bilərdi, çünki yerqazan maşınlar və qaz kəsiciləri kimi ağır texnikadan istifadə edilib. Onun sözlərinə görə, bu səbəblərdən də kənd camaatının onların səlahiyyətinə şübhələri olmayıb.

Bənzər yazılar

Back to top button