Kəmaləddin Heydərov sapı uzun və əli baltalı Abdullah Öcalanı necə işə salıb? – RƏZALƏT

Print Friendly, PDF & Email

Apardığınız “araşdırmalara” görə sizə deməyə yumşaq ifadə tapa bilmirəm

Bu ilin fevral ayının 15-dən etibarən bir neçə dəfə fövqəladə hallar naziri Kəmaləddin Heydərovun adına rəhbərlik etdiyi quruma elektron sorğu göndərsək də təəsüflə qeyd edək ki, bu günə kimi cavab ala bilməmişik. Lakin buna baxmayaraq, tənbəllik etmədən belə Kəmaləddin müəllimin oturduğu “kontoruna” üz tutub daha bir rəsmi məktubla müraciət edərək ondan son dövrlər AzToday.az saytının elektron ünvanına Fövqəladə Hallar Nazirliyində baş verən müxtəlif korrupsiya əməliyyatları, Rusiya ilə bağlanan müqavilələr, eləcə də nazirin özünün və övladlarının şəxsi həyatına aid informasiyalar, Azərbaycandakı şirkətləri və Dövlət Gömrük Komitəsinə qədər uzanan uzantıları və.s barədə daxil olan çeşidli məlumatların nə dərəcədə həqiqətə uyğun olduğu barədə cavab almağa bir daha səy göstərdik. Bunu da etdik. Amma nə faydası. Yenə də bir nəticə vermədi. Əvəzində sapı uzun, əli baltalı, hökümət çətiri uğurunda isterik mübarizə aparan, PKK terror təşkilatının lideri hesab edilən, hazırda ömürlük həbs cəzasına məhkum olunmuş Abdullah Öcalanın bənzəri üzərimizə göndərildi. Bu epik mənzərə o qədər acınacaqlıdı ki, Milli Təhlükəsizlik Nazirliyində çalışan bəzi sabiqlərin sonradan alətə çevrilən sabunsuz xidmətləri özünə hörmət edən xüsusi xidmət orqanlarında çalışmış şəxslərin adına qara ləkədir. Maraqlısı odur ki, bir dəfə də rastlaşmadığım hansısa bir politoloqun və yaxud ekspertin, xüsusilə də son bir neçə gündə Kəmaləddin Heydərovla bağlı rəhbrəlik etdiyim AzToday.az saytında dərc edilmiş yazılara görə, mənə qarşı bu qədər nifrəti hardan qaynaqlanır? Burdan yalnız belə anlaşılır ki, Kəmaləddin Heydərovun rəğbətini qazanmış, əslində öz şefinə “quyu qazan” FHN-dəki keçmiş MTN-çi özünün köhnə “qvardiya” həmkarlarını bu məsələyə görə səfərbər edib. Elə bu səbəbdən də dünən özünü Milli Təhlükəsizlik üzrə ekspert, politoloq kimi təqdim edən və MTN-in sabiq əməkdaşı Rövşən Novruzoğlu yenixeber.org saytında gülünc iddialarla bizə cavab verib. Əslində bu adamın təhlükəsizlik məsələləri ilə bağlı verdiyi açıqlamaları demək olar ki, şablon xarakterlidir. Yaxşı ki, bu adam heç olmasa, özünün dediyi kimi 1945-ci ildə ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin yaradıcısı A.Dalles haqqında məlumatlıdır. Yoxsa tamam özünü itirərdi. Yalnız bu adamın yazdıqlarına cavab olaraq bunları yazmağı lazım bilirəm:

Sizə məsləhətimiz yalnız bu ola bilər ki, bizə öyrətmək istədiyin geopolitik dərsləri özünüz üçün saxlayın. Yazacağınız “kitab”larda istifadə edib, yeniyetmə təfəkkürlü insanları özünüzün peşəkar olduğunuza (007) inandıra bilərsiz. Özü də London, Vaşinqton və s. şəhərlərdə dəqiq ünvanları göstərmək şərti ilə.

Yazdığınız yazıdan dəqiq görünür ki, hazırladığımız yazıları sona qədər oxumamısız. Tələm-tələsik hazırladığınız yazıda məlumatları qarışdırmısız. Yəni, bu mövzuda daha peşəkar və sanballı yazı hazırlamaq olardı. Əsl xüsusi xidmət orqanlarına işləyən xəfiyyələr kimi…

Müəllifi olduğunuz yazıda belə bir fikir işlətmisiz: “Apardığımız araşdırmalara görə məlum saytın başçısının otağında dünənə qədər Cənab Prezidentin şəkli asılmışdı. Məlumata görə indi həmin şəkil götürülüb və onun yerində də indiki və keçmiş nazirlərin şəkli asılıb…” Həqiqətən apardığınız araşdırmaların hamısı belədirsə, sizə deməyə yumsaq ifadə tapa bilmədim. Yox əgər yazının sifarişlə yazıldığına işarə etmək istəyirdinizsə bunu daha peşəkar şəkildə ifadə edə bilərdiz…

Yazırsız ki, “Digər tərəfdən ABŞ MKİ-nin “Xüsusi Direktivləri”nə görə Kəşfiyyat İdarəsindən çıxarılan hər hansı məxfi sənədə görə 18 il həbsxana işi var. Məsələn 2015 -ci ildə belə bir məxfi sənəd itkisinə və yaxud oğurlandığına görə MKİ- dən 168 nəfər vəzifəsindən qovulub… Amma cənab Deloros M. Nelson hələ də azadlıqdadır”. Sizin xətrinizə Donald Trampdan Deloros M. Nelsonun həbs edilməsinə dair göstəriş verməsini xahiş edəcəyəm…

Özünüzü çox məlumatlı biri kimi göstərmək istəyirsiz, ancaq kənardan çox gülməli görünürsüz. MKİ-nin sənədlərində məxfi qrifinin olmadığını bildirirsiz. Ancaq əziyyət çəkib, “WikiLeaks”də yayılan və həmçinin MKİ-nin bu vaxta qədər müxtəlif media orqanlarında yayılan milyonlarla məxfi qirifli sənədləri nəzərdən keçirsəniz daha yaxşı olardı. Axi biz artıq 1945-ci ildə yaşamırıq. Dünya dəyişir, müasirləşir…

İşsiz olduğunuzu eşidəndə bizə yazdığın açıq məktuba çox sevindim.

Elmidar Əliyev

Mənbə: Yenixeber.org

...