Hadisə

Daxili İşlər Nazirliyinin səlahiyyətləri artırıldı

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Əsasnaməsinin və strukturunun təsdiq edilməsi haqqında” Əsasnaməyə dəyişilik edib.

Sözügedən əsasnaməyə 3.1.17-1-ci yarımbənd əlavə edilib. Yarımbənddə bildirilir ki, DİN dövlət avtomobil yollarında parklanma yerlərinin təşkil edilməsi ilə bağlı müvafiq yerli icra hakimiyyəti orqanı ilə razılaşdırılmış təkliflər verir, bələdiyyə və özəl avtomobil yollarında parklanma yerlərinin təşkil edilməsində iştirak edir.

Qeyd edək ki, bundan əvvəlki 3.1.17-ci maddədə nazilrik yol hərəkəti təhlükəsizliyinə aid qaydaların, standartların və texniki normaların işlənib hazırlanmasında iştirak edir. Yeni yarımbəndlə nazirliyin səlahiyyətləri artırılıb.

Bənzər yazılar

Back to top button