Dünya

Rusiya Tallinin Kiyevə böyük silah partiyası verməsinə cavab olaraq Estoniya səfirini ölkədən çıxarır

Bu gün Estoniya səfiri Marqus Laydre Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb. Ona 2023-cü il fevralın 7-dək Rusiyanı tərk etmək tapşırılıb, Rusiya Xarici İşlər Nazirliyi bildirib. Eyni zamanda, hər iki ölkədə diplomatik nümayəndəliklərin səviyyəsinin müvəqqəti işlər vəkili səviyyəsinə endirilməsi qərara alınıb.

Yanvarın 23-də Tallin Ukraynaya 113 milyon avro məbləğində böyük hərbi yardımı anons edib. Buraya ölkənin bütün 155 və 122 millimetrlik haubitsaları, yüzlərlə M2 “Karl-Qustav” tank əleyhinə qumbaraatan və onlar üçün döyüş sursatları, həmçinin artilleriya bölmələrinə dəstək vasitələri daxildir.

Bundan öncə Estoniya Ukraynaya “Javelin” tank əleyhinə raket kompleksləri, haubitsalar, tank əleyhinə qumbaraatanlar və minaatanlar göndərib.

Həmçinin Estoniya parlamenti Rusiyanı terrorizmin sponsoru kimi tanıyıb.

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button