Hadisə

“Həmin it o boyda şirkəti qoruyur” – İtlərini evləndirən iş adamı

İş adamı Qalib Mustafayev itlərini “evləndirməsi” ilə bağlı xəbərlərə münasibət bildirib.

O, AzVision.az-a bildirib ki, həmin vaxt dostları ilə bir araya gələrək yeyib-içirmişlər.

“Biz 4-5 nəfər bir yerə toplaşıb, yemək yemişik, Buna haqqımız yoxdurmu? Zarafat etməyə haqqımız var. Hamı öz dostu ilə zarafat edir, deyib gülür də. Biz də öz aramızda zarafatlaşmışıq. Niyə insanların şəxsi həyatına müdaxilə edirlər? Mən 200-ə yaxın ailəyə çörək verirəm. Belə xəbərləri gözü götürməyən insanlar yayıb. İmicimə zərbə vurmaq istəyirlər. Məni gözdən salmağa çalışmasınlar. Hansı ağıllı itə toy edər?! Bu gülüncdür. Bizim itimiz, pişiyimiz, qoyunumuz da var. Heyvanlar aləmini sevirik. Həmin it o boyda şirkəti qoruyur.

Kimisə işdən çıxarmışıq, bizdən heyf almaq üçün bu videonu yayıb. Bizi tanıyan tanıyır. Camaat itinə kostyum geyindirir. Burada ayıb nə var ki?”

Xatırladaq ki, biznesmen Mustafayev Qalib Hidayət oğlu Amon və İsida adlı cins itlərində toy edib. Toy məclisi bu yaxınlarda Goranboy rayonunda həmin iş adamına məxsus “Qalib Group” MMC-nin zavodunun həyətində baş tutub. Məclisdə iştirak edən digər qonaqlar da itlərin şəninə sağlıq deyib onlara xoşbəxtlik arzulayıblar.

Məclisi aşıq idarə edib və saz və balabanla mahnılar səslənib, itlərin sağlığına xoş sözlər deyilib.

Bənzər yazılar

Back to top button