İdman

“Barselona”nın yeni hədəfi

“Barselona”nın növbəti transfer hədəfi bəlli olub.

Qol.az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, Kataloniya klubu “Ayaks”ın müdafiəçisi Matteys de Liqtlə maraqlanır.

“Barsa” 18 yaşlı mərkəz müdafiəçisini gələn yay heyətinə qatmağı planlaşdırır. Klubun skautları bir müddətdir oyununu izlədikləri de Liqtin çıxışı barədə müsbət rəy veriblər.

Qeyd edək ki, gənc futbolçunun “Ayaks”la müqaviləsi 2021-ci ilə kimidir.

Bənzər yazılar

Back to top button