İdman

Premyer Liqadan Arda Turana super təklif

Bu mövsüm “Barselona”da bir dəqiqə də forma geyinməyən Arda Turana İngiltərədən təklif var. Fanat.Az xəbər verir ki, türk futbolçunu “Arsenal” heyətinə qatmaq istəyir.

İngiltərə mediasının məlumatına görə, “Barselona” Arda Turanla bağlı ingilislərin təklifini qəbul edib. Transferin qışda reallaşacağı deyilir. Bildirilir ki, London klubunun baş məşqçisi Arsen Vengerin türk futbolçu ilə bağlı uzun vədəli planı var.

Bu arada “Barselona” rəhbərliyi “Arsenal”a Tomas Vermaelen və Aleyks Vidalı da sata biləcəklərini deyiblər.

Qeyd edək ki, “Arsenal” yayda da Arda Turanı transfer etmək istəyirdi.

Bənzər yazılar

Back to top button