Hadisə

Milyonlarla dəyəri olan əmlaklarla bağlı qərar- “Rabitə işi”ndə daha bir gözlənilməz yenilik

“Rabitə işi”nə görə həbs edilənlərin əmlakları barədə də qərar qəbul edilib.

Musavat.com xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə “Rabitə işi” təqsirləndirilən şəxslərin əmlaklarının bəzilərin üzərindən həbs götürülüb.

Məhkəmənin qərarında təqsirləndirilən şəxslərin 2009-cu ilə qədər əldə olunan əmlakların üzərindən həbs götürülüb.

Həmin əmlakların müsadirəsi dayandırılıb.

İttiham 2009-2015-ci illəri əhatə edirdi. İttihamdan qabaq əldə olunan əmlaklar məhkəmənin qərarı ilə həbsdən azad olunub.

Bildirək ki, bu iş üzrə üzərinə həbs qoyulan əmlakların dəyəri 100 milyondan çoxdur. Təkcə Vidadi Zeynalovun 43 milyonluq əmlakına həbs qoyulmuşdu.

Xatırladaq ki, dünən Bakı Apellyasiya Məhkəməsində hakim Qədim Babayevin sədrliyi ilə keçirilən prosesdə Vidadi Zeynalovun cəzası 13 ildən 4 ilə, Beytulla Hüseynovun cəzası isə 15 ildən 7 il 6 aya endirilib.

Həbsdə olan Namazalı Məmmədov, Anar Mustafayev, Emin Məmmədov və Qəmbər Bəybalayev barəsində şərti cəza verilərək məhkəmədən azadlığa buraxılıblar.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq Ararat rəhbəri Vidadi Zeynalov 13 il, Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin baş direktoru Beytulla Hüseynov 13 il, “Ortik Rabitə, Tikinti və Quraşdırma” MMC-nin direktoru Namazalı Məmmədov 11 il, Emin Məmmədov 10 il, Anar Mustafayev 5 il, Qəmbər Bəybalayev 3 il müddətinə azadlıqdan məhrum edilmişdi.

Məhkəmə Məhəmməd Məmmədov, Oktay Rüstəmov, Səhlab Hümbətov, Cəlil Cəfərov, Bayram Vəliyev barəsində 2 il sınaq müddəti təyin edilməklə şərti cəza seçmiş, onları məhkəmə zalından azadlığa buraxmışdı.

Bənzər yazılar

Back to top button