“Neymar üçün çox darıxırıq” – Suares

Print Friendly, PDF & Email

“Neymar üçün çox darıxırıq. Daha çox ona görə ki, Neymar xüsusi keyfiyyətlərə malik idi”.

Qol.az-ın məlumatına görə, bu sözləri “Barselona”nın futbolçusu Luis Suares deyib.

Uruqvaylı hücumçu sport.es-ə açıqlamasında PSJ-yə transfer olunan sabiq komanda yoldaşının müsbət keyfiyyətlərindən danışıb:

“O, şən idi. Üzündən xoşbəxtlik və sevinc yağırdı. Bizim üçün vacib futbolçulardan sayılırdı. İndi başqa komandada oynayır. Ancaq biz ona bu qərarına görə qəzəbli deyilik. Neymara “Barsa”da qalmalı olduğunu inandırmağa çalışdıq, ancaq heç vaxt PSJ-yə getmə demədik”.

Qeyd edək ki, İspaniya mətbuatı bu yay 222 milyon avroya PSJ-yə transfer olunan Neymarın “Barselona”dan ayrıldığı üçün peşman olduğunu yazıb.

...