Dünya

ABŞ bu dəfə Çini COVİD-19 araşdırmalarını oğurlamağa çalışmaqda ittiham edir

ABŞ Ədliyyə Nazirliyi iki Çin vətəndaşına qarşı ittiham irəli sürüb.

Qaynarinfo xəbər verir ki, nazirlikdən verilən açıqlamaya görə, sözügedən şəxslər yüzlərlə təşkilatın, o cümlədən dövlət qurumlarının kompüter sistemlərinə hakerlik etməkdə ittiham olunurlar.

Hakerlərin oğurlamağa çalışdığı məlumatlar arasında, koronavirusa qarşı bir peyvəndin hazırlanmasına dair materiallar da var. Ədliyyə Nazirliyinin bildirdiyinə görə, bəzi hallarda hakerlər öz mənfəətlərinə uyğun hərəkət ediblər, digərlərində isə hücumu Çin xüsusi xidmət orqanları və ya ÇXR hökuməti adından gerçəkləşdiriblər.

Kibercinayətkarların ABŞ təhlükəsizliklərinə təhdid yaradan bir terabayt həcmində məlumatı oğurlamağa nail olduqları qeyd edilib.

Baş prokurorun sözçüsü verdiyi açıqlamada Çinin kiber cinayətkarlara etibarlı bir sığınacaq verən ölkələrin “utancverici klubuna” girdiyini söyləyib. İddia olunur ki, bu “klub” a Rusiya Federasiyası, İran və Şimali Koreya da daxildir.

Qeyd edək ki, bir müddət əvvəl ABŞ, Kanada və Böyük Britaniya isə rusiyalı hakerlərin koronavirusla bağlı araşdırmaları oğurladıqlarını açıqlamışdı.

Bənzər yazılar

Back to top button