Dünya

Liviya parlamenti Misir prezidentinin təhdidlərini müharibə elanı kimi qəbul etdi

Tripolidə yığışan qanunverici orqan təmsilçiləri ölkənin daxili işlərinə müdaxilənin yolverilməz olduğunu bildiriblər

AzToday.az “Andolu” agentliyinə istinadən xəbər verir ki, Tripolidə yığışan Liviya parlamenti, Misir Prezidenti Əbdülfəttah əs-Sisinin Liviyaya hərbi müdaxiləyə hazır olması ilə bağlı təhdidini sərt şəkildə qınayıb.

Şimali Afrika ölkəsinin ali qanunverici orqanının bəyanatında “Liviyanın suverenliyi və təhlükəsizliyinə açıq təhdidlərin yolverilməz olduğu” vurğulanıb.

Sənəddə deyilir ki, əvvəlcə münaqişə tərəfləri arasında vasitəçi rolunu oynayan Misir prezidenti Liviyanı açıq şəkildə təhdid etməyə başlayıb:

“Misirin milli təhlükəsizliyini qorumaq bəhanəsi ilə Liviya işlərinə hərbi müdaxilə təhlükəsi yolverilməzdir. Liviya qonşu ölkənin təhlükəsizliyini təhdid etmir. Əksinə, bu əl-Sisi rejimi Liviyanın suverenliyini və ərazi bütövlüyünü təhdid edir ki, bu da ölkəmizə qarşı düşmən münasibətinin təzahürüdür”.

Tripoli, Liviyada hər hansı bir ciddi sülh təşəbbüsünü nəzərdən keçirməyə hazır olduğunu qeyd edib, lakin əl-Sisinin son açıqlamaları rəsmi Qahirənin Liviya münaqişəsi zonasında baş verənlərə subyektiv münasibət göstərilmədiyini ortaya qoyub:

“Misirdəki rejim Liviya probleminin bir hissəsidir, tərəflərdən birinin mövqeyini müdaiə edir. Misir prezidentinin təhdidləri beynəlxalq hüquqa, xüsusən BMT qətnamələrinə ziddir və Liviyanın suverenliyini pozur. Misir prezidenti, BMT tərəfindən tanınan Liviya hökumətini “terrorçu” adlandıraraq digər tərəfə keçib. Beynəlxalq ictimaiyyəti Qahirənin mövqeyini pisləməyə çağırırıq”.

Liviya parlamenti tərəfindən qəbul edilən qətnamədə Misir prezidentinin Liviyaya hərbi müdaxilə hədəsini müharibə elanı kimi qiymətləndirilib.

Orxan Məmmədli

AzToday.az

Bənzər yazılar

Back to top button