Neymar oyuna çıxmaqdan imtina etdi

Print Friendly, PDF & Email

PSJ-nin futbolçusu Neymar Fransa Liqasında meydana çıxmaqdan imtina edib.

Qol.az-ın “Diario Sport”a istinadən yaydığı xəbərə görə, braziliyalı hücumçu ölkə çempionatının 12-ci turunda “Anje” ilə oyuna zədə səbəbindən yox, öz istəyi ilə çıxmaq istəməyib. O, bəzi Fransa klublarının stadionlarının keyfiyyətindən narazı olduğu üçün bu addımı atıb.

Xəbərdə o da qeyd olunub ki, Neymar ilk dəfə deyil ki, meydana çıxmaqdan imtina edir. O, sentyabrda “Monpelye” ilə səfər görüşünə də getməyib.

...