İdman

İslandiya Çexiyaya uduzdu

DÇ-2018-in final mərhələsinə vəsiqə qazanan İslandiya yoxlama oyunu keçirib.

Qol.az-ın məlumatına görə, komanda Dohada Çexiya ilə qarşılaşıb. Matç çexlərin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

İslandiya – Çexiya – 1:2
Qollar: Tomas Souçek, 19 (0:1), Yan Şkora, 65 (0:2), Kyartan Finnboqason, 77 (1:2)

Qeyd edək ki, İslandiyadan fərqli olaraq Çexiya DÇ-2018-in final mərhələsinə vəsiqə qazana bilməyib.

Bənzər yazılar

Back to top button