“Barselona” La Liqada qalacaq”

Print Friendly, PDF & Email

La Liqanın prezidenti Xavyer Tebas Kataloniyanın İspaniyadan ayrılmaq cəhdinə təşəbbüs etməsinə münasibət bildirib.

Qol.az-ın “As”a istinadən yaydığı xəbərə görə, o deyib ki, Kataloniya müstəqillik əldə etməyəcək: “Kataloniya uzun müddət İspaniyanın tərkibində qalacaq və “Barselona” La Liqada çıxış etməyə davam edəcək”.

X.Tebas katalonların siyasətləri barədə də danışıb: “Nə vaxt ki hansısa bir qrup insan qiyamı başlayırlar, onların yeri həbsxana olur”.

...