Binəli Yıldırım Penslə görüşündən danışdı: “İkitərəfli və regional məsələləri müzakirə etdik”

Print Friendly, PDF & Email

Türkiyə Baş naziri Binəli Yıldırım Ağ Evdə ABŞ-ın vitse-prezidenti Mayk Penslə keçirdiyi görüş barədə danışıb.

Axar.az xəbər verir ki, Yıldırım görüşün səmərəli keçdiyini və problemlərin gündəmə gətirildiyini bildirib.

“İkitərəfli və regional məsələləri müzakirə etdik. İki ölkə arasında son zamanlar baş verənlərin nə Türkiyə, nə də ABŞ-a bir faydasının olmadığı qənaətinə gəldik”, – Yıldırım bildirib.

Rza Zərrab və FETÖ-çunun ekstradisiyası barədə də fikir mübadiləsinin aparıldığını deyən Yıldırım Zərrabın bu şəkildə mühakimə edilməsinin hüquqi əsasının olmadığını vurğulayıb.

...