İdman

“Çelsi”də ciddi itki

“Qarabağ”ın Çempionlar Liqasındakı rəqibi “Çelsi”nin futbolçusu Mişi Batşuayi zədələnib

Qol.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, Belçika millisinin məşqi zamanı ayağından zədə alan 24 yaşlı hücumçu millinin düşərgəsini tərk edb. Bu isə o deməkdir ki, M.Batşuayi bu gün Meksika, noyabrın 14-də isə Yaponiya ilə yoldaşlıq oyununu buraxacaq. Onun son durumu tibbi müayinədən keçdikdən sonra müəyyənləşəcək.

Qeyd edək ki, “Çelsi” Çempionlar Liqasında 5-ci turunda noyabrın 22-də Bakıda “Qarabağ”ın qonağı olacaq.

Bənzər yazılar

Back to top button