“Faytonçu Nazim”i əməliyyat edən həkimin əmlakları üzərindən həbs götürüldü

Print Friendly, PDF & Email

Əməliyyat olunan “Faytonçu Nazim”in məhkəməsində yeni qərar çxıarılıb.

Musavat.com xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində “Elmed” klinikasının cərrahı Elman Əzimovun əmlakının üzərinə qoyulmuş həbslə bağlı verilən apellyasiya şikayətinə baxılıb.

Həkim E.Əzimovun vəkili Elvin Səlimov deyib ki, hakim Vüsalə Baxışovanın sədrliyi ilə keçirilən iclasda apellyasiya şikayəti təmin edilib.

Birinci instansiya məhkəməsinin çıxardığı qərardad ləğv edilib.

Qeyd edək ki, Binəqədi Rayon Məhkəməsi müğənni Nazim Pişiyarinin (Faytonçu Nazim) əməliyyat olunduğu klinikanın əmlak və bank hesabları, onu əməliyyat edən həkim E.Əzimovun isə əmlakı üzərinə həbs qoymuşdu.

Həmin qərardaddan narazı qalan həkimin vəkili Elvin Səlimov, “Elmed” klinikasının nümayəndəsi Ramiz İbrahimov apellyasiya şikayəti verib.

Müğənni iddia edirdi ki, “Elmed” klinikasında cərrah E.Əzimov tərəfindən əməliyyat olunub, lakin əməliyyatdan sonra səhhətində daha ciddi problemlər yaranıb.

Daha sonra İsrail və Türkiyədə bir neçə əməliyyat keçirib. Hazırda vəziyyəti normaldır. “Faytonçu Nazim” həkimin ciddi cəzalandırılmasını tələb istəyib. O, bununla bağlı Baş Prokurorluğa və Bakı şəhər Prokurorluğuna və Binəqədi rayon Prokurorluğuna müraciət edib.

...