Hadisə

Sürücünü qayda pozduğuna görə saxlayan DYP işçisi kameranı görüb: “Qardaş, bu maşın dizeldi?” – VİDEO

“Şamaxinka” adlanan ərazidə sürücünü saxlayan DYP əməkdaşı onun çəkiliş etdiyini görüb mehriban danışmağa başlayıb.

Azxeber.com-a sürücü Kənan Davudzadə tərəfindən göndərilən videoda, DYP əməkdaşı “Lukoil” yanacaqdoldurma məntəqəsinin yaxınlığında sürücünü saxlayır. O, avtomobilə yaxınlaşaraq sürücüdən sənədlərini istəmək yerinə kameranı görüb fərqli suallar verməyə başlayır. DYP əməkdaşı ilk növbədə sürücüyə avtomobilin markasını, onun dizel yoxsa benzin olmasını soruşur. DYP əməkdaşı bir neçə saniyyə sonra sürücünü buraxıb.

Qeyd edək ki, sözügedən sürücü bundan öncə də bir neçə dəfə yol polisinin qanun pozuntularını lentə alaraq sosial şəbəkələrdə paylaşmışdı.

Bənzər yazılar

Back to top button