Dünya

Putinlə Tramp görüşəcək, yoxsa?.. – Ziddiyyətli informasiyalar yayılır

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Amerika Birləşmiş Ştatları (ABŞ) və Rusiya Federasiyası (RF) prezidentlərinin Vyetnamda mümkün görüşü barədə ziddiyyətli informasiyalar yayılmaqdadır.

Kremldə danışırlar ki, görüş razılaşdırılma mərhələsindədir və hələlik məsələ aydın deyil.

Bu arada, «Blumberq» agentliyi Ağ evə istinadla təsdiqləyib ki, Tramp Putinlə görüşməyəcək. Guya bu, iki liderin iş cədvəlindəki fərqlə bağlıdır.

Xəbər verildiyi kimi, Vyetnamda Asiya-Sakit okean İqtisadi İttifaqının (ASİİ) sammiti başlayır. Bundan əvvəl Tramp bildirmişdi ki, Şimali Koreya, Suriya və Ukrayna məsələlərini Putinlə şəxsən müzakirə etmək niyyətindədir.

Bənzər yazılar

Back to top button