Hadisə

İcra başçısı sahibkarın obyektinin qapısını hördürür (FOTOLAR)

Gədəbəy rayonundan sahibkar Bağırov Fəxrəddin Fərəməz oğlu criminal.az saytına zəng edərək saytımız vasitəsilə Azərbaycan Respublikasının Prezidentinə, ölkənin birinci vitse-prezidentinə müraciət edib.

Müraciətdə deyilir: “Hörmətli cənab prezident, hörmətli Mehriban xanım, artıq altı ilə yaxın bir müddətdir rayon icra hakimiyyətinin başçısı Ramiz Yediyarovun qanunsuz əməlləri ilə üz üzə qalmışam.Yediyarov icra başçısı təyin olunan ay mənə məxsus olan obyektin girişini kərpic divarla hördürdü və üzərinə plakat yapışdırdı. Sonra sizin sözləriniz yazılmış bu plakatı gecə ilə oğuradıb, şaxtalı havada obyektin qarşısına ağac əkdirdi. Ekologiya nazirinin rayona gəlişi ərəfəsində bu ağacları da çlxarıb, yerinə gül əkdirdi.

Dəfələrlə müraciət etməyimə baxmayaraq heç bir əhəmiyyəti olmayan bu divarı obyektin qarşısından sökdürmədi və rəsmi müraciətimə cavab yazdı ki, divarı özüm hördürmüsən. Sizə bildirirəm ki, foto şəkillərdən də göründüyü kimi bu divarın mənim obyektimə düşən günəş şüasının qarşısını kəsməkdən və H.Əliyev prospektinin görünüşünü pozmaqdan başqa heç bir əhəmiyyəti yoxdur. Mən bir neçə gün bundan əvvəl obyektimə işıq düşməsi üçün həmin divarın bir hissəsini sökdüm. Yediyarov isə bu gün yenidən həmin yöndəmsiz divarın tikilməsinə göstəriş verib və həmin divar yenidən hörülür. Sizdən xahiş edirəm ,Yediyarov tərəfindən mənim şəxsi mülkiyyətimə qanunsuz müdaxilənin qarşısını alınması üçün müvafuq orqanlara göstəriş verəsiniz,ona verdiyiniz səlahiyyətin şəxsi qisas vasitəsinə çevirməsinə imkan verməyəsiniz.

İcra başçısının birinci müavini Qüdrat Paşayev məsələyə münasibət bildirərkən absurd cavab verib. O, criminal.az-a bildirib ki, rayonda görülən bütün işlər inkişaf üçün edilir. Oniun sözlərinə görə, F.Bağırovun obyektində görülən işlər də qərəzli deyil”.

Bənzər yazılar

Back to top button