Mədəniyyət

Azərbaycanlı müğənni: “Oğullarımın atası latviyalıdır”

Müğənni Roza Zərgərli “Space” televiziyasında yayımlanan “Nahara qədər dedi-qodu” verilişinin qonağı olub.

AzToday.az oxu.az-a istinadən xəbər verir ki, ifaçı övladlığa götürdüyü uşaqlarından bəhs edib.

“Dörd övladım var. Üçünü övladlığa götürmüşəm. Böyük qızım 26 yaşındadır, onun bir övladı var. Oğullarım Corc və Cerardın atası latviyalıdır. O, rəhmətə gedib. Anaları isə azərbaycanlıdır. Yaxın müddətə qədər bu məsələni mediadan gizli saxlayırdım. Lakin haqqımda “5 dəfə ərə gedib”, “Əri xarici olub” və s. kimi ifadələr səsləndiyindən bu sirri açdım”, – deyə müğənni söyləyib.

Bənzər yazılar

Back to top button