İdman

Messi oynamayacaq

Argentina millisinin kapitanı Lionel Messi Nigeriya ilə yoxlama oyununu buraxacaq.

Qol.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, bu barədə yığmanın baş məşqçisi Xorxe Sampaoli məlumat verib: “Nigeriya ilə oyuna çıxacaq heyət haqqında düşünməmişəm. Matçan sonra hər bir futbolçunun fiziki göstəricilərinin necə olacağına baxmaq lazımdır. Amma Messi Nigeriya ilə görüşdə iştirak etməyəcək. Bu gün oynamayanlar, Krasnodarda meydana çıxacaqlar”.

Qeyd edək ki, Argentina – Nigeriya oyunu noyabrın 14-ü Krasnodarda keçiriləcək.

Bənzər yazılar

Back to top button