İlin transferi: Məşhur “Milan”lı “Real”a keçə bilər

Print Friendly, PDF & Email

“Milan”ın keçmiş vitse-prezidenti Adriano Qalliani “Real”da işləyə bilər. Apasport.az saytının məlumatına görə, bu barədə “Football İtalia” xəbər yayıb.

Bildirilib ki, Madrid klubunun prezidenti Florentino Peres italiyalı klub idarəçisinə “Real”ın direktorlar şurasında yer almağı təklif edib.

Hələlik 73 yaşllı Qallianinin təklifə nə cavab verdiyi bəlli deyil.

Maraqlıdır ki, 30 il “Milan”da çalışmış bir funksionerin iş yerini başqa kluba dəyişməsi İtaliya mətbuatında ilin transferi kimi dəyərləndirilir.

...