Hadisə

AST Telmanın otelində oğurluq başlandı

Naməlum şəxslər Rusiyada haqqında həbs qərarı çıxarılan azərbaycanlı iş adamı Telman İsmayılovun Antalyada yerləşən “Mardan Palas” otelinə daxil olaraq burada yerləşən bütün lazımlı əşyaları oğurlayırlar.

AzToday.az axar.az-a istinadən xəbər verir ki, bu barədə informasiyanı “Milliyət” qəzeti yayıb. Qəzet otelin borclarını ödəmədiyinə görə, bir müddət öncə elektrik enerjisinin kəsildiyini bildirib. Qısa zaman ərzində otelin personalı iş yerini tərk edib, üstəlik, otelin siqnalizasiya sistemi də söndürülüb. Bundan sonra oteldə oğurluq halları artmağa başlayıb.

Qeyd edək ki, “Mardan Palas” oteli 2009-cu ildə tikilib. Onun sahibi Telman İsmayılov otelin tikilişi üçün 1,4 milyard dollar xərcləyib. 2009-cu ildə otelin açılış mərasiminə İsmayılov Qazaxıstan Prezidenti Nursultan Nazarbayev, aktyorlar Riçard Qir, Şeron Stoun, Monika Belluçi və digərlərini dəvət etmişdi.

Bənzər yazılar

Back to top button