Ramil Quliyev: “Prezidentin zəng etməsi…”

Print Friendly, PDF & Email

Türkiyə yığmasının azərbaycanlı atleti Ramil Quliyev iddialı açıqlamalar verib. AzToday.az xəbər verir ki, Londonda keçirilən dünya çempionatında 200 metr məsafəyə qaçış yarışlarında dünya çempionu olaraq tarixi uğura imza atan idmançı həmin yarışlara bağlı danışıb.

Həmin yarışda Usayn Boltun iştirak etmədiyini xatıraladan Ramil yamaykalı atletə meydan oxuyub: “Bolt olsa da, qazanardım. Vəziyyəti yaxşı deyildi və yarışda iştirak etmədi. Daha yaxşı dərəcələrim olacaq. Qaçılan dərəcə yaxşı deyildi, amma çempionluğa yetdi. İndi beynimdə olimpiya oyunları var. Bütün hazırlıqları bu yöndə görürük. Buraya qədər medal qazanaraq gəldik. İndi əsas daha böyük uğur qazanmaqdı”.

Quliyev Londondakı çemionluqdan sonra Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın ona zəng etməsi digər idmançıları təəccübləndirib: “Yarışdan sonra prezidentimiz mənə zəng vurdu və təbrik etdi. Çox xoşbəxt oldum. Belə bir insanın mənə zəng etməsi çox önəmlidi. Digər atletlər danışıdan sonra “Kim zəng etmişdi” dedi. Prezident Ərdoğanın zəng etdiyini eşidəndə çox təəccübləndilər. “İdman sizdə o qədər sevilirmi? Bizdə belə bir şey yoxdu” dedilər. Bu hər ölkədə olmur. Arxamızdakı güc bizi motivasiya edir”.

Qeyd edək ki, Azərbaycan prezidenti İlman Əliyev də Ramil Quliyevi Londondakı dünya çempionluğundan sonra təbrik etmişdi.

...